YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda İslam dini demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir

Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş ölkə kimi İslam həmrəyliyinə öz töhfəsini verməyə çalışır.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə “Müasir çağırışlar və İslam həmrəyliyi” mövzusunda konfransda çıxışı zaman deyib. /Trend/

B.Muradova bildirib ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması təsadüfi deyil.

Vitse-spiker vurğulayıb ki, bu gün daha çox təhdidlərlə üzləşən İslam ölkələridir. Onun fikrincə, bir çox hallarda İslam dünyasının öz daxilindən qaynaqlanan ziddiyyətlər təhdidləri artırır:

“Sirr deyil ki, Qərb-Şərq qarşıdurmasından daha çox İslam ölkələri ziyan çəkir. Azərbaycan Prezidenti müasir düynanın üzləşdiyi təhdidləri nəzərə alaraq, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı sərəncam verib”.

B.Muradova qeyd edib ki, İslam dünyasında həmrəylik bütövlükdə dünyanın marağında olmalıdır: “İslam dünyasında həmrəylik varsa, təhdidləri dəf edər. Azərbaycanda İslam dini demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir. Ancaq bu gün dünyada İslamın geriliyin səbəbi olması yönündə haqsız olaraq bir baxış var. Ən ağrılısı isə odur ki, bir sıra terror təşkilatları İslamdan vasitə kimi istifadə etməyə çalışırlar”.

 

DİGƏR Xəbərlər Arxiv