YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Beş il ərzində Azərbaycanda gənclərlə bağlı layihələrə 24 milyon dollardan artıq xərclənib

Beş il ərzində Azərbaycanda gənclərlə bağlı layihələrə 24 milyon dollardan artıq xərclənib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu barədə BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində məlumat verib. Nazir Nyu-Yorkda, BMT-nin qərargahında keçirilən Gənclər Forumunda iştirak edir. Dünyanın 70 ölkəsindən olan gənclərin nümayəndələrinin və nazirlərin iştirak etdiyi bu görüşün əsas mövzusu yoxsulluğa qarşı mübarizədə, yəni davamlı inkişafın birinci hədəfinə nail olmaqda gənclərin rolu məsələsidir.

Nazir deyib: “Biz fəxr edirik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu çox fəal iş aparır. Təkcə bu il gənclərlə bağlı min layihə üçün təqribən 3 milyon dollar vəsait ayrılıb. Bizdə layihələr bir neçə kateqoriyaya bölünür. Onlar fiziki şəxsin təşəbbüsü də ola bilər, yəni gənc oğlan və ya qız müəyyən tədbir keçirmək üçün sifariş vermək və müvafiq qrant qazanmaq imkanına malikdir”.

Azad Rəhimov onu da vurğulayıb ki, Azərbaycanda gənc könüllülərin səfərbər edilməsi istiqamətində çox uğurlu siyasət həyata keçirilir. Nazir müsahibənin sonunda deyib: “Biz Avropa Oyunları, “Formula-1” yürüşləri, Dünya Şahmat Olimpiadası kimi böyük tədbirlər keçiririk. Bu il Skautların Dünya Forumuna ev sahibliyi edəcəyik. Belə böyük layihələr gəncləri, könüllülər hərəkatını birləşdirməyə imkan verir. Hesab edirik ki, bir çağırışla ölkə naminə, maraqlı tədbir naminə öz vaxtını sərf etməyə və işləməyə hazır olan 15-17 min gənci səfərbər edə bilmək çox vacib məsələdir. Əlbəttə, bu, bizim ümumi xidmətimizdir”.