YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Dövlət başçısının sərəncamı xalqımızın işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışa inamını artıran çox mühüm sənəddir

«Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xalqımızın erməni təcavüzkarları üzərində qələbəsinə və işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışa inamını artıran çox mühüm sənəddir». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, ölkə Prezidentinin Sərəncamı tarixçilər arasında da böyük sevinclə qarşılanıb. Tarixçilər yaxşı bilirlər ki, öz havadarlarına arxalanan erməni işğalçıları həmişə zəbt etdikləri Azərbaycan torpaqlarından çıxmamağa cəhd göstəriblər. İrəvan, Zəngəzur, Göyçə mahallarında da belə olub. Lakin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötənilki aprel döyüşlərində erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil.

«Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamının əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinə və beləliklə, xalqımızın doğma yurd-yuvalarına böyük qayıdışı başlanacaq. Biz tarixçilər inanırıq ki, bu müdrik, qətiyyətli və cəsarətli siyasətin zəfər çalması nəticəsində xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. Dövlətimizin başçısının ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq»- deyə, Y.Mahmudov vurğulayıb.