YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Bilik iqtisadiyyatı insan faktorunu ön plana çəkir

«Cəmiyyətin sosial-iqtisadi inkişafında təhsilin rolu vacibdir». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, ali təhsil sisteminin iqtisadiyyat, sənaye, elm müəssisələri ilə daimi bağlantısı olmalıdır. Onun sözlərinə görə, bu məqsədlə mövcud iqtisadiyyatda baş verən proseslərə və xüsusiyyətlərə diqqət yetirilməlidir.

«Qloballaşan dünyada inkişaf, qlobal səviyyədə rəqabətli olmaq deməkdir. Sosial inkişafa nail olmaq üçün rəqabətqabliyyətli olmalıyıq. Qlobal səviyyədə uğurlu və rəqabətli olmadan, iqtisadiyyat güclü hesab oluna bilməz. Bilik iqtisadiyyatı insan faktorunu ön plana çəkir. Bütövlükdə, yüksək tələblərə cavab verən insan kapitalının yetişdirilməsində təhsil ilə elmin vəhdətinin müstəsna rolu var»- deyə, nazir müavini vurğulayıb.