YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Devid Harris: Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti yüksək qiymətləndirilir

Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib. O, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.