YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Əhmədoğlu: ATƏT MQ-nin səhlənkarlığı təhlükəli həddədir və bu barədə BMT təcili məlumatlandırılmalıdır

ATƏT Minsk Qrupu vasitəçilərinin son bəyanatı üç cəhətlə diqqəti çəkir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, birincisi, bəyanatda son 4-5 ildəki şablon ifadələrdən istifadə olunur: "İndi vəziyyət 4-5 il bundan qabaqkı deyil. Hətta 4-5 ay bundan qabaqkı vəziyyətə nisbətən xeyli dəyişib. Müharibənin olmaması çağırışlarının əsas səbəbi vasitəçilərin tənzimləmə ilə məşğul olmamasıdır. İkincisi, Ermənistanın rəsmiləri ATƏT MQ sənədlərinin mahiyyətini başa düşmədikləri ilə bağlı aşkar bəyanatlar verirlər, sənədlərin mahiyyətini saxtalaşdırırlar. İzah vermək nə qədər sadə olsa da, vasitəçilər öz hazırladıqları sənəd barədə rəsmi izah vermək istəmirlər".

M.Əhmədoğlunun sözlərinə görə, üçüncüsü, Ermənistanda sərhədyanı ərazidə yaşayan əhali içərisində kimin müqaviləçi-hərbçi və ya mülki şəxs olduğunu ayırd etmək çox çətindir.

M.Əhmədoğlu qeyd edib ki, vasitəçilərin diqqət vermək istəmədiyi məsələlərdən biri də ermənilərin yalançılığıdır. Bu Azərbaycan ilə əlaqəli məsələlərdə özünü daha qabarıq göstərir.

"BMT və ATƏT-in rəhbər sənədləri tərəfindən üzərlərinə qoyulmuş funksiyaları yerinə yetirə bilmirlər. Ən kiçik halda bu səhlənkarlıqdır. Bundan daha böyük səhlənkarlıq bu baş verənlər barədə BMT və ATƏT-ə sənədlərin hazırlanıb göndərilməməsidir. Müvafiq strukturlarımız bunları və buna bənzər faktları rəsmiləşdirib BMT və ATƏT-ə təqdim etməlidir".