YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Minimum əməkhaqqının artırılması 145 min nəfəri əhatə edəcək

Azərbaycanda minimum əməkhaqqının artırılması 145 min nəfəri əhatə edəcək.

Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, hazırda təqribən 71 min nəfərin maaşı minimum əməkhaqqı səviyyəsindən aşağıdır:

"Bu kateqoriyaya aid olan vətəndaşlar əsasən yarımştat və ya saathesabı çalışanlardır, ona görə də onların maaşı 105 manatdan azdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 105 manatdan 116 manatadək artırılıb.