YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alban-udin xristian icmasının sədri: Qarabağ ərazisində olan abidələr sürətlə erməniləşdirilir

Azərbaycanın işğal olunmuş ərazilərində həm İslam, həm də xristian abidələrinin vəziyyəti dözülməz haldadır. Xüsusilə İslam abidələri dağıdılıb. Alban abidələrinin isə bir hissəsi dağıdılıb, bir hissəsi erməniləşdirilib.

Bu barədə AZƏRTAC-a Alban-udin xristian icmasının sədri Robert Mobili məlumat verib.

Robert Mobili deyib ki, Qarabağ ərazisində olan abidələr sürətlə erməniləşdirilir. Ümumiyyətlə, ermənilər Qarabağda Alban abidələrini, tarixi yerlərini özlərinki kimi göstərməklə, buna sahib çıxmaq istəyirlər.

“Alban abidələri saxtalaşdırılmaqla erməni Qriqoryan kilsələrinin elementləri əlavə olunur. Amma nə qədər çalışsalar da, başqasının tarixinə sahib çıxa bilməyəcəklər. Elm inkişaf edib. O abidələrin inşasında xüsusi bağlayıcı, tikinti materialı istifadə olunub. Saxtalaşdırmanın üzə çıxarılması zamanı hansı bağlayıcı, tikinti materialları istifadə edilib, bunu araşdırırıq. Tikinti materialının bağlayıcısı informasiya daşıyıcısıdır. Onun hansı dövrə aid olduğunu bilmək mümkündür”, - deyə icma sədri bildirib.

Onun sözlərinə görə, ermənilər Alban kilsələrini erməniləşdirmək üçün, ilk növbədə, xaçı dəyişirlər. Çünki Alban xaçı xristian xaçından fərqlidir.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində 70-dən çox Alban abidəsi var. Ən çox dəyişikliyə məruz qalan erməniləşdirilən Qanzasaray kilsəsidir.