YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ege Lepa: “İslam Həmrəyliyi İli” bu işə xidmət edən çox gözəl təşəbbüsdür

Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi bu işə xidmət edən çox gözəl təşəbbüsdür.

Bu fikri Estoniyanın Tartu Universitetinin dinşünaslıq fakültəsinin doktorantı, tarix müəllimi Ege Lepa AZƏRTAC-a müsahibəsində deyib.

Doktorluq işinin mövzusunun “Estoniyada yaşayan müsəlmanlar” olduğunu söyləyən Ege Lepa buna görə bu ölkədəki müsəlmanlarla, eləcə də azərbaycanlılarla sıx əlaqə saxladığını bildirib.

O deyib: “Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev ilə görüşlərimdə o, mənə Estoniya gimnaziyalarında Azərbaycanda və Türkiyədə mədəniyyət günləri ilə bağlı layihədə iştirak etmək təklifini verdi. Bu, mənim üçün son dərəcə maraqlı oldu və mən Tartu gimnaziyalarında bu layihə ilə məşğul oldum. Bu, Estoniya gəncləri üçün də çox maraqlı idi. Əlbəttə, onlar İslam dini haqqında eşitmişdilər, amma bu iki ölkə barədə bir çox maraqlı faktlar öyrəndilər. Bir sözlə, bu layihə mənim özümə də Azərbaycanı daha yaxından tanımağa kömək etdi. Digər tərəfdən, bu layihə bizə İstanbulda törədilən terror aktlarına daha açıq gözlə baxmaq imkanı verdi.

Mən bilirəm ki, Azərbaycanda İslam dini əsas dindir və bununla yanaşı, Azərbaycanda çox tolerant bir cəmiyyət var. Əlbəttə, mən Azərbaycanda olmasam da, bu ölkəni yaxından tanımasam da, hər halda öyrəndiklərim məndə Azərbaycanda dinlə, tolerantlıqla bağlı müəyyən fikirlər yaradıb. Bu ölkədə məzhəblər arasında münaqişələr yoxdur, hətta burada yaşayan şiələr və sünnilər birlikdə ibadət edirlər. Din də elə əslində birləşdirici məfhumdur, yəni, bütün dinlər bunun üçündür və buna çağırır. Münaqişə yaradanlar, terror aktları törədənlər heç vaxt heç bir dindən ola bilməzlər”.