YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gömrük orqanları tərəfindən dövlət büdcəsinə 732 mln. 809 min manat məbləğində vəsait daxil olub

Bu ilin birinci yarısında gömrük orqanları tərəfindən dövlət büdcəsinə 732 mln. 809 min manat məbləğində vəsait daxil olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin birinci yarısından 14% çoxdur.

İlin birinci yarısında gömrük orqanlarının büdcəyə ödədiyi vəsaitin 70%-i və ya 513 mln. 028 min manatı əlavə dəyər vergisi üzrə daxil olan vəsait olub. Hesabat dövründə büdcəyə ödənilən vəsaitin 184 mln. 468 min manatı gömrük rüsumları üzrə daxil olan məbləğin payına düşüb.
Yanvar-iyun aylarında aksizlər üzrə büdcəyə  27 mln. 432 min manat, yol vergisi üzrə 7 mln. 880 min manat vəsait daxil olub.

DİGƏR Xəbərlər Arxiv