YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Son illər idman sahəsindəki qələbələr, uğurlar ölkəmizdə bu sahəyə olan xüsusi diqqətin məntiqi nəticəsidir

«Son illər idman sahəsindəki qələbələr, uğurlar ölkəmizdə bu sahəyə olan xüsusi diqqətin məntiqi nəticəsidir». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda mövcuddur. Onun sözlərinə görə, bu sahədə müvafiq proqramlar həyata keçirilir.

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atıldı. Hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir, başqa sözlə, bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir»- deyə, A.Abiyev vurğulayıb.