YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nikolay Bıçkov: Biz bu cür gözəl ölkənin vətəndaşları olmağımızla fəxr edirik

Biz bu cür gözəl ölkənin vətəndaşları olmağımızla fəxr edir və bizə göstərilən diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk.

Bu sözlər Gədəbəy rayonunun rus icmasının rəhbəri Nikolay Bıçkovun AzərTAc-a daxil olmuş məktubunda bildirilir.

İcmanın sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin noyabr ayında Gədəbəy rayonunun Slavyanka kəndinin sakinləri ilə görüşündən söhbət açaraq qeyd edir ki, dövlətimizin başçısı kənd sakinlərini diqqətlə dinləyərək kəndlərin qazlaşdırılması, yeni məktəblər tikilməsi, yeni yollar salınması barədə tapşırıqlar verdi. Bütün bu tapşırıqlar qısa müddətdə yerinə yetirildi.

Məktubda daha sonra bildirilir ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin bu il may ayında Slavyanka kəndində sakinlərlə görüşündə Slavyankada uşaq bağçası tikilməsi barədə xahiş səsləndi. Hazırda kənddə ən müasir tələblər səviyyəsində yeni uşaq bağçasının tikintisi sürətlə həyata keçirilir.