YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib

Nizami rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı “Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən rəsm əsərləri ilə tanış olublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, deputat Rasim Musabəyov, 20 Yanvar faciəsinin iştirakçısı, II qrup əlil Gülağa Şərifzadə və başqaları Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunduğunu söyləyib, Qanlı Yanvarda  şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulduğunu və hörmətlə anıldığını diqqətə çatdırıblar.

Sonra 220 saylı məktəb-liseyin şagirdlərinin hazırladığı “Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.