YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Davos Forumunda ölkəmiz vacib tərəfdaş kimi tanınır

«Davos İqtisadi Forumu dünyanın ən nüfuzlu iqtisadi tədbiridir. Bu tədbir  əlaqələrin daha optimal şəkildə qurulması, hər kəsə xeyir verəcək layihələrin ortaya çıxması və müqavilələrin bağlanması ilə şərtlənir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Davos Forumunda on il ərzində uğurla iştirak edən nüfuzlu şəxslərə fəxri mükafat təsis olunub. Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu mükafatı alanlar arasındadır. Onun sözlərinə görə, bu Forumda Azərbaycanın çox mühüm yeri var, ölkəmiz orada vacib tərəfdaş kimi tanınır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə görüşür, müəyyən müqavilələr imzalanır, layihələr müzakirə edilir”. Bütövlükdə Davos Forumu çox əhəmiyyətli tədbirdir və orda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələrimizi davamlı və etibarlı edir»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv