Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram.”