YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yan Mladek: Çexiya Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlıdır

Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 18-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Milli Məclis sədrinin müavini, işçi qrupun rəhbəri Valeh Ələsgərov iki ölkə arasındakı əlaqələrdən söz açıb. O, səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan-Çexiya münasibətlərinin dərinləşməsinə, iqtisadi, siyasi və başqa sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Çexiya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərimiz başqa ölkələr üçün nümunə ola bilər.

Ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrindən söhbət açan Valeh Ələsgərov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu layihənin işə başlaması Avropa və Xəzəryanı ölkələr ilə Yaxın və Uzaq Şərq ölkələri arasında ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu deyib. Bu əlaqələrin getdikcə daha da inkişaf etdiyini söyləyən nazir dövlət başçılarının görüşlərinin, Azərbaycan ilə Çexiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin önəmini qeyd edib, parlamentlərarası əlaqələrin razılıq doğurduğunu vurğulayıb. Yan Mladek deyib ki, bu gün Azərbaycan Çexiyanın enerji ehtiyaclarının üçdəbir hissəsini təmin edir.

Çexiyanın Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirən nazir ölkəmizi Avropa İttifaqı ilə strateji tərəfdaşlıq danışıqlarının aparılmasında dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv