Xəbərlər
Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Kuala-Lumpurda keçiriləcək fövqəladə iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin yanvarın 19-da Kuala-Lumpurda keçiriləcək fövqəladə iclasında iştirak etmək üçün Malayziyaya səfərə yola düşüb.
XİN-in mətbuat xidmətindən bildiriblər ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri və tədbirdə çıxışı nəzərdə tutulub.