Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib

Yanvarın 17-də NATO-nun Brüsseldəki mənzil-qərargahında alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında görüşlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə Azərbaycanı müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.