YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə görülən işlərlə tanış olub

Yanvarın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə görülən işlərlə tanış olub. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının maddi-texniki bazası, tibbi avadanlıqları ilə tanış olan Baş nazirin müavini səhiyyə işçiləri ilə görüşüb.

Əli Əhmədov Yevlax və Mingəçevirin icbari tibbi siğortanın tətbiqi ilə bağlı pilot ərazi olaraq seçilməsinin  təsadüfi olmadığını vurğulayaraq deyib ki,  bu bölgələrdə həyata keçirilən tədbirlər nəticəsində səhiyyə infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılıb.

İcbari tibbi siğortanın tətbiqinə dair pilot layihələrin əhəmiyyətinə toxunan Baş nazirin müavini diqqətə çatdırıb ki, seçilən ərazilərdə tətbiq olunacaq pilot layihələrin gələcəkdə bütün respublika ərazisini əhatə etməsi nəzərdə tutulub.