YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan təhlükəsizliyin və sabitliyin hökm sürdüyü dövlətdir

«Azərbaycan təhlükəsizliyin  və sabitliyin hökm sürdüyü dövlətdir».  Bu fikri  Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, dünyanın bir çox ölkələrində isnanlar qeyri-sabitlikdən narahatdır. Onun sözlərinə görə, Azərbaycanda isə tamamilə fərqli bir şərait var.

 «Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib. Bunu etibarlı edən eyni zamanda xalqımızın daim hakmiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafı ilə bağlıdır. Sabitlik və dövlətimizin güclü olması ilk növbədə Azərbaycan vətəndaşlarının xeyrinədir. Çünki sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz»- deyə, M.Qasımlı vurğulayıb.