YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi

«Yaranmış çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi». Bu fikri Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı üçün müəyyən qədər çətin il oldu. Onun sözlərinə görə, qloballaşma dövründə yaşadığımız üçün, ölkəmiz dünya və Avropa iqtisadiyyatına inteqrasiya etdiyi üçün dünya bazarlarındakı problemlər Azərbaycana da müəyyən təsir qədər təsir etdi.

 «Amma neft qiymətlərinin düşməsinə, bizim əsas iqtisadi partnyorlarımızın valyutaları ilə baş verən böyük problemlərə baxmayaraq, Azərbaycan makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi. Bu isə bizim vacib nailiyyətimizdir. Ölkənin bank sektorundakı çətinliklərə və problemlərə baxmayaraq, onun maliyyə göstəriciləri planlaşdırılmış çərçivədə qalıb və bu amillər göstərir ki, Azərbaycan bir sıra qonşu ölkələrlə müqayisədə ötən ili daha uğurlu göstəricilərlə başa vurub»- deyə, deputat qeyd edib.