YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Verilən qərarlar sosial-iqtisadi islahatları daha da dərinləşdirir

«İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs ölkəmizin uğurlu inkişafını təmin edəcək». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, qəbul edilən qərarlar artıq öz nəticələrini verir. Onun sözlərinə görə, bu qərarlar  sosial-iqtisadi islahatları daha da dərinləşdirir.

«Ölkəmizdə 2016-cı ildən başlanan yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Sənəd 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir»- deyə, komitə sədri vurğulayıb.