YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: İslam daxilindəki həmrəylik islam və digər konfessiyalar arasındakı həmahəngliklə davam etdirilməlidir

"Biz "İslam Həmrəyliyi İli"ndə həm islam daxilində, həm də islam aləmi ilə digər konfessiyalar arasında olan həmahəngliyi görmək istəyirik".

Bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. /Trend/

Onun sözlərinə görə, 2016-cı il “Multikulturalizm İli” elan edilib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini isə "Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar:

"Multikultiralizm İli" bizə bir tərəfdən multikultural ənənələrin işıqlandırılmasına imkan yaratdısa, digər tərəfdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yol açdı".

K.Abdullayev qeyd edib ki, “İslam Həmrəyliyi İli”nin elan edilməsi islam dünyasında baş verən proseslərə nizam gətirmək arzusu ilə bağlıdır.

Dövlət müşaviri hesab edir ki, "İslam həmrəyliyi İli" islam ölkələri daxilində anlaşmanı, nizamlamanı qaydaya salmaq üçün Azərbaycan tərəfindən müəyyən öhdəliklərin həyata keçirilməsi ilə bağlı olacaq.