YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Senatı sədrinin Azərbaycana səfəri gözlənilir

Çexiya Senatının sədri Milan Ştex yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.

Səfir bildirib ki, səfərin məqsədi Çexiya və Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafı barədə danışıqların keçirilməsi, eləcə də ikitərəfli münasibətlərin geniş spektrinin müzakirə olunmasıdır.

Nəzərdə tutulan rəsmi görüşlər çərçivəsində regional əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar və parlament səviyyəsində əməkdaşlıq məslələri də müzkirə ediləcək.

Hazırda tərəflər səfərin vaxtının təyin edilməsi üzərində iş aparırlar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən iki dövlət arasında ticarət dövriyyəsi 2016-cı ildə 312,02 milyon dollar təşkil edib.