YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda qənaət edilmiş təbii qaz TAP və TANAP-la Avropaya ixrac olunacaq

2025-ci ildən sonrakı dövr üçün təbii qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur.

Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə qeyd olunur ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaq.

Bildirilir ki, səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarı (təbii qaz qurğularından) TAP və TANAP layihələri vasitəsilə Avropaya ixrac olunacaq.

Bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8 faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa, bunun eyni səviyyədə qalacağı ehtimal edilir) planlaşdırılır.