YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar konfrans keçirilir

Dekabrın 28-də Bakıda Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar konfrans keçirilir.

Multikulturalizm mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, xarici ölkələrin Azərbaycandaki səfirləri, Milli Məclisin deputatları, bir sıra dini icmaların rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Konfransda çıxış edən Ombudsman Elmira Süleymanova 15 il ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizdə multikulturalizm mühitinin qorunmasına xüsusi diqqət yetirib. Bu məsələ daim dövlətin nəzarətindədir. Qeyd edib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir.