YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrilməkdədir

«Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrilməkdədir». Bu fikirləri Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.K.Abdullayev bildirib ki,  “Multikulturalizm ili”nin verdiyi mənəvi imkanlardan istifadə edərək biz Azərbaycan multikulturalizmini, yəni, Azərbaycan psixologiyasını, tarixini, mənəviyyatını, dilini, dinini, mədəniyyətini və bir çox digər sahələri ümumiləşdirib “Azərbaycan multikulturalizmi” adlı bir dərsliyin içinə toplamışıq. «Məqsəd odur ki, dərslik bu gün bizim tələbələrimizin və eyni zamanda, xarici ölkələrdə Azərbaycanı öyrənməyə həvəsli olan tələbələrin stolüstü kitabına çevrilsin. Biz öncə Azərbaycan haqqında bu informasiyanı tələbələrə dərs prosesində, auditoriyada çatdırmalıyıq. Bu istiqamətdə BBMM-də ciddi işlər görülür və il ərzində seçim edilərək 15 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilib. Bunlar dünyanın son dərəcə tanınmış və qədim tarixə malik universitetləridir. Məsələn, Çexiyada, Litvada, Polşada, Almaniyada, İsveçrədə, İtaliyada, Portuqaliyada, Türkiyədə, İndoneziyada, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə bu gün Azərbaycan multikulturalizmi fənni tədris proqramlarına daxil edilərək xarici universitet gənclərinin diqqətinə çatdırılır və gənclər bununla Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgi ilə əvəz edirlər. Hər halda biz buna çalışırıq»- deyə, K.Abdullayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv