YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələn ilin dövlət büdcəsində Neft Fondundan transfert 6,1 milyard manat nəzərdə tutulub

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) daxilolmalar (transfert) 6 milyard 100 milyon manat nəzərdə tutulub.

Bu barədə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda deyilir.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706,0 min manat, yerli gəlirləri 620 milyon 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286,0 min manat, yerli xərcləri 688 milyon 714,0 min manat) məbləğində təsdiq edilib.