YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli” üzrə xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına tam əməl olunub

Azərbaycan hökuməti “Azəri-Çıraq-Günəşli” layihəsinə böyük önəm verir və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu fikirləri “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev bu sənədin imzalanması ilə AÇG yatağının gələcək işlənməsi üzrə danışıqları növbəti bir neçə ay ərzində başa çatdırmaq və yeni sazişin hazırlanmasını yekunlaşdırmaq imkanı yarandığını diqqətə çatdırıb. Bildirib ki, yeni layihə də uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq.