YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Urxan Ələkbərov: Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” konsepsiyası bir çox mühüm məsələlərin həllində əsas rol oynayıb

«Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” konsepsiyası bir çox mühüm məsələlərin həllində əsas rol oynayıb». Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov deyib.

U.Ələkbərov bildirib ki, formal təhsilin inkişafı, dövlət qulluqçularının, qərarların qəbulu və yerinə yetirilməsinə məsul şəxslərin ixtisaslarının artırılması, iqtisadiyyatın şaxələndirilməsi və modernləşməsi bu strategiyanın tərkib hissələridir. Onun sözlərinə görə, bu siyasətin nəticəsi kimi, Azərbaycan beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, 2010-cu ildən başlayaraq, insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil olub.

Prezident İlham Əliyevin innovativ idarəetmədə iki yanaşmasını xüsusi vurğulayan U.Ələkbərov bildirib ki, onlardan biri dövlət inkişaf proqramlarının milli inkişaf proqramlarına transformasiyasıdır. Bu proqramların həyata keçirilməsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti və özəl sektor da fəal iştirak edir.

«Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti mühüm yer tutur. Beynəlxalq səviyyədə ölkənin imicinin formalaşması, inkişaf üçün əlverişli mühitin yaradılması, keyfiyyətli təhsil proqramları bu fəaliyyətin yalnız bir hissəsidir»- deyə, akademik vurğulayıb.