YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair ayrıca Strateji Yol Xəritəsinin təsdiqlənməsi ilk növbədə ölkəmizin reallıqları ilə bağlıdır

«Yeni iqtisadi şəraitdə aqrar sektorun inkişafının strateji istiqamət kimi seçilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair ayrıca Strateji Yol Xəritəsinin təsdiqlənməsi ilk növbədə ölkəmizin reallıqları ilə bağlıdır». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Onun sözlərinə görə, əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır.

«Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir və son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Strateji Yol Xəritəsində aqrar sektorda yaxın, orta və uzunmüddətli dövrdə istehsal və ixrac imkanlarının artırılmasına nail olmaq üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Strateji Yol Xəritəsinə əsasən respublikada rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılması məqsədilə əlverişli mühitin yaradılması üçün 9 strateji hədəf müəyyənləşdirilib. Sənəddə qeyd edildiyi kimi, bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir»- deyə, komitə sədri vurğulayıb.