YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsabil Qasımov: Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib

«Dünyaya sıx inteqrasiya edən Azərbaycan da qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Artıq xeyli vaxtdır ki, respublikamız arzuolunmaz xarici təsirlər, neftin dünya birjalarında kəskin dəyər itirməsi fonunda yaranan yeni iqtisadi şəraitdə yaşayır. Respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Burada mənfi xarici təsirlər, o cümlədən də neftin dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən siyasi manipulyasiya predmetinə çevrilməsi və ondan təzyiq vasitəsi kimi istifadə olunması əsas rol oynayıb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Əsabil Qasımov deyib.

Ə.Qasımov bildirib ki, son 12 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmayıb. Onun sözlərinə görə, bütün istiqamətlər üzrə respublikamızın göstəriciləri yüksək olub, hətta Davos İqtisadi Forumu və bu qəbildən olan nüfuzlu beynəlxalq qurumlar da öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndiriblər.

«Lakin Azərbaycan dünyada təcrid olunmuş vəziyyətdə yaşamır. Əksinə, ölkəmiz daim qarşılıqlı faydalı əməkdaşlıq platformalarından çıxış edir. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur. Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin vəziyyətdən çıxmaq və ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb. Respublikamız məlum gərginliklər fonunda da öz inkişafının ardıcıllığını təmin etməyə qadirdir. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib»- deyə, Ə.Qasımov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv