YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanda tarixi ənənəyə söykənən tolerantlıq mühiti formalaşıb

«Azərbaycanda  tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir». Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, Azərbaycanda azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb.
«Hazırda Azərbaycanda mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi ölkəmizin xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kartı rolunu oynayır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Hər il Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi beynəlxalq toplantılar, konfranslar, tədbirlər bunun daha bir sübutudur»- deyə, Y.Abramov qeyd edib.