YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanıb

«Erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü  tərəfindən ciddi şəkildə aldanıb. Çünki Dağlıq Qarabağ münaqişəsi fonunda hakimiyyəti zəbt edən bu cütlük verdikləri vədin heç birinə əməl etməyib». Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, münaqişə ermənilərə də ağır təsir edib, ölkə sosial-iqtisadi böhran yaşayır.  Onun sözlərinə görə, ermənilər özgənin torpaqlarında xöşbəxt ola bilməyəcəklərini  anladıqlarından və bu torpaqların sahibinə qaytarılmasının onların özlərinin xeyrinə olacağını başa düşdüklərindən «Ermənistan-Azərbaycan sülh platformasına qoşulublar.

«Bu proses indi də davam edir. Erməni ictimaiyyətinin nümayəndələri Sarkisyan rejimi tərəfindən onlara qarşı olan bütün təhlükələri və təzyiqləri göz önünə alaraq, Ermənistan-Azərbaycan sülh platformasına qoşulurlar. Ermənilər tez bir zaman ərzində münaqişənin sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq istəyirlər. Bu platformaya qoşulan ermənilərə təzyiqlər göstərilir. Əminəm ki, bütün bu basqılar istər Dağlıq Qarabağdan, istərsə də Ermənistandan sülh platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək. Bundan başqa, artıq bir çox ölkələrin tanınmış siyasətçisi, mətbuatı və ictimai xadimi sülh platforması prosesinə dəstək verməyə başlayıb. Yaxın zamanlarda daha böyük dəstəyin hamımız şahidi olacagıq»- deyə, A.Quliyev vurğulayıb.