YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Darren MakDyu: 25 il ərzində Azərbaycan regionda ABŞ-ın güclü tərəfdaşına çevrilib

25 il ərzində Azərbaycan regionda ABŞ-ın güclü tərəfdaşına çevrilib.

Bu sözləri ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyu Bakıda keçirdiyi brifinqdə bildirib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan general deyib ki, səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşlərdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmizdə nəqliyyat sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Darren MakDyu bu işlərin həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.

D.MakDyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarına münasibətini bildirərək qeyd edib ki, tərəflər bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına dəstəyini verə bilər.