YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

Dekabrın 16-da Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət qurumları, Milli Məclisin deputatlaır, tələbə gənclər təşkilatları, tələbələr və fəal gənclər iştirak ediblər.

Tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. “Gəncliyimiz Multikultural dəyərlərimizlə fəxr etməlidir” deyən nazır diqqətə çatdırıb ki, gələcək nəsillərin bu dəyərləri yaşatmalı və dünya gəncləri ilə bölüşməlidir.

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan gəncləri dini ekstremizmlə, terrorizmlə mübarizədə həmrəylik və mübarizlik nümayış etdirməlidir. Komitə sədrinin sözlərinə görə, ölkəmizin gəncliyi azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə, humanizm və sülhsevərlik prinsiplərinə sadiq olmalı, Azərbaycanda yaşayan bütün xalqların sarsılmaz birliyinə daim öz töhfəsini verməlidir: “Gənclərimiz vətəndaşlarımızın dini ehtiyaclarının təmin olunması üçün dövlətimizin yaratdığı şəraiti düzgün dəyərləndirməli, dini etiqad azadlığından yalnız respublikamızın inkişafı və xalqımızın rifahı naminə yararlanmalıdır. Əminəm ki, xalqımızın malik olduğu dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi indiki şəraitdə gənclərin əsas vəzifələrindən biri olacaqdır”.

Daha sonra tədbir iştirakçılarına qarşıdan gələn 2017-ci ilin dövlətçiliyimizin inkişafında, xalqımızın rifahının daha da yüksəldilməsində yeni nailiyyətlər ili olması arzulanıb.