YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamın işğalının ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar iyulun 23-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Milli Məclisin deputatları, Ağdam ictimaiyyətinin nümayəndələri, respublikamızın tanınmış ziyalıları Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən ağdamlı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Daha sonra şəhid türk əsgərinin xatirəsinə ucaldılmış memorialın önünə gül çələngi qoyulub.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. 

DİGƏR Xəbərlər Arxiv