YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Müsavat” qəzeti YAP-ın Sədr müavini Əli Əhmədov haqqında yazdıqları ilə bağlı təkzib verdi

“Yeni Müsavat” qəzetinin 16 dekabr 2016-cı il tarixli sayında dərc edilmiş məqalələrdən birində  YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov haqqında həqiqəti əks etdirməyən, təhrif olunmuş  informasiya yer almışdır. Bununla əlaqədar olaraq, YAP-ın Mətbuat Xidməti “Yeni Müsavat” qəzetinə təkzib vermişdir. Adıçəkilən qəzet isə öz növbəsində yayılmış informasiyanın əsl həqiqəti əks etdirmədiyini nəzərə alaraq mövqeyimizi bəzi redaktələrlə özünün internet səhifəsində (musavat.com) yerləşdirmişdir. Həmin təkzibi olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

 

Hüseyn Paşayev: “Əli Əhmədov YAP-ın yaradılması təşəbbüsü ilə çıxış etmiş məşhur “91-lər”dən biridir” 

“Yeni Müsavat” qəzetinin 16 dekabr 2016-cı il tarixli sayında “Dağılan tifaq-müxalifət hökuməti və parlamenti necə ələ keçirdi?” sərlövhəli yazıda vaxtıilə tanınmış müxalifət təşkilatlarında olmuş, YAP yarandıqdan və ya hakimiyyətə gəldikdən sonra bu partiyaya keçmiş, hazırda yüksək vəzifələrdə, parlamentdə olan bir sıra məşhur insanların adı qeyd edilib. Bu sırada YAP-ın Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun da adı yer alıb. Əli Əhmədovun AMİP-də olduğu, sonradan YAP-a keçdiyi qeyd edilib. 

Əli Əhmədovun vaxtıilə AMİP-də olduğu barədə yazılanların həqiqəti əks etdirmədiyi barədə YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev təkzib verib. Hüseyn Paşayevin redaksiyamıza ünvanladığı təkzib məktubunda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələri yüksək  dövləti vəzifə daşıyan, ölkənin siyasi həyatında önəmli yeri və mövqeyi olan ayrı-ayrı nüfuzlu şəxslər haqda həqiqət olmayan yazılar yazırlar. Bu tip yazılardan sonuncusu “Yeni Müsavat” qəzetinin 16 dekabr 2016-cı il tarixli sayında özünə yer tapa bilib: “Birbaşa qeyd etmək istəyirəm ki, qəzetdə Əli Əhmədovun ünvanına edilən qeydlər həqiqəti əks etdirmir. Məqsədi-məramı bilinməyən, informasiya xarakteri daşımayan, həqiqətin əks olunmadığı belə bir yazını dərc etməsini, özünü çoxtirajlı hesab edən bir qəzetin material qıtlığı ilə üzləşməsi kimi izah etmək olarmı? Heç kim düşünməzdi ki, bu, belədir. 

Adıçəkilən qəzetdə “Dağılan tifaq-müxalifət hökuməti və parlamenti necə ələ keçirdi?” sərlövhəli məqalədə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədovun barəsində cəmiyyətdə yanlış fikir formalaşdırmağa cəhdi olmuşdur. Bununla əlaqədar bir daha xatırlatmağı lüzum bilirəm. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-ın yaradılması təşəbbüsü ilə çıxış etmiş məşhur “91-lər”dən biridir. Əli Əhmədov Bakı Dövlət Universitetinin dossenti olaraq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya yaradılması təşəbbüsünü öz imzası ilə təsdiq etmiş, həyatını təhlükə altına qoyaraq, bu tarixi hərəkata qoşulmuşdur. Nəhayət, Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılması və partiya quruculuğu proseslərində ən yaxından iştirak etmiş bir şəxs olub”.

 

DİGƏR Xəbərlər Arxiv