YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın “Zeit online” qəzeti: Azərbaycan və Rusiya arasında müsbət, praqmatik və qarşılıqlı səmərəli münasibətlər mövcuddur

Almaniyanın “Zeit online” qəzeti Azərbaycan-Rusiya münasibətlərindən bəhs edən məqalə yayıb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin müəllifi olduğu məqalədə bildirilir ki, bu gün Azərbaycan və Rusiya arasında müsbət, praqmatik və qarşılıqlı səmərəli münasibətlər mövcuddur, ticarət dövriyyəsi artmaqdadır, siyasi etibar hökm sürür, intensiv siyasi dialoq və sıx təmaslar mövcuddur.

Azərbaycanın və Rusiyanın möhkəm tərəfdaşlar olduğunu vurğulayan müəllif ölkəmizdə rus dilinin və mədəniyyətinin qorunması, Rus Pravoslav Kilsəsinə dövlət qayğısının göstərilməsi, iki ölkə arasında nəqliyyat imkanları, biznes və ticarət əlaqələri, humanitar sahədə əməkdaşlıq barədə məlumat verir.

Yazıda Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki ölkənin siyasi rəhbərliyinin yanaşması ilə əlaqələndirilir. Bildirilir ki, prezidentlər İlham Əliyev və Vladimir Putin əlaqələrin möhkəmlənməsi və praqmatik əməkdaşlıq üçün çalışırlar. Ölkələrin hökumətləri mühüm məsələlərin həllində bərabər işləyirlər, onlar fikir ayrılıqlarını deyil, tərəfdaşlığı önə çəkirlər. Bu ölkələrin prezidentləri şəxsi müstəvidə etimada söykənən yaxşı münasibətlərə malikdirlər.

Məqalədə Azərbaycanın tam müstəqil siyasət yürütməsindən, öz milli maraqlarını və prioritetlərini hər zaman üstün tutmasından bəhs edilir. Bildirilir ki, Azərbaycan Avropa ilə enerji əməkdaşlığı həyata keçirir, zəngin enerji resurslarını Avropa İttifaqına ixrac etmək üçün neft və qaz kəmərləri çəkib. Ukraynanın və digər MDB ölkələrinin ərazi bütövlüyünə dəstək Azərbaycan üçün kompromisə gedilməyən mövzudur. Azərbaycan nə Gömrük İttifaqına, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də Avrasiya İqtisadi Birliyinə üzv olub.

Bildirilir ki, Rusiya güclü regional aktordur və regionda təhlükəsizlik üçün əhəmiyyətli rol oynayır. Azərbaycan Xəzər bölgəsində sülh və sabitliyi təmin etmək məqsədilə gələcəkdə də Rusiya ilə sıx əməkdaşlıq edəcək. Bununla bərabər, Azərbaycan öz müstəqilliyinin və suverenliyinin gücləndirilməsini, eyni zamanda, digər qonşuları, Avropa İttifaqı və İslam dünyası ilə əlaqələrini davam etdirəcək.