YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-nə 9793,8 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2306-sı əkiz, 57-si isə üçəm doğulanlardır.