YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan – İsrail əlaqələrinin mövcud səviyyəsi hər iki dövlətin və xalqın mənafeyini əks etdirir

«Azərbaycan – İsrail əlaqələrinin mövcud səviyyəsi hər iki dövlətin və xalqın mənafeyini əks etdirir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, İsrailin Baş naziri Benyamin Netahyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb. Onun sözlərinə görə, Azərbaycanda əsrlər boyu mövcud olan multikulturalizm ənənələri yəhudilərin min illər boyu azərbaycanlılarla bərabər, rahat, dostluq, qardaşlıq şəraitində yaşamağı təmin edib.

«Bu səfər iki ölkə arasında iqtisadi, siyasi, texniki, hümanitar, müdafiə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, azərbaycan və yəhudi xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi nöqteyi – nəzərindən böyuk əhəmiyyətə malikdir. Səfər zamanı müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələrinin baglanması, iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına şərait yaradacaq. Dövlətlərarası münasibətlərin mövcud vəziyyəti və perespektivləri həm regionda, həm də dünyada təhlükəsizliyin və sabitliyin bərpa olunmasına xidmət edəcək. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın başqa dinə və mədəniyyətə sahib İsraillə münasibətlərinin belə yüksək səviyyəyə çatması Yaxın Şərqdə, eləcə də bütün dünyada dövlətlər və xalqlar arasında münasibətlərin tənzimlənməsi üçün bir nümunədir»- deyə, R.Əliyev vurğulayıb.