YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leonid Slutski: Minsk qrupu çox ləng işləyir

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk qrupu çox ləng işləyir. Bunu RF Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O deyib: “ATƏT-in Minsk qrupu necə ləng işləyirdisə, elə də işləyəcək. Odur ki, Dağlıq Qarabağ probleminin həlli üçün ilk addımları Rusiyanın köməyi ilə atmaq, özü də bunu ən qısa vaxtda etmək lazımdır”.

Deputatın fikrincə, münaqişənin həllinə dair danışıqlar haqqında hər hansı məlumatın sızması işə ziyan vura bilər. O deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi son dərəcə incə mətləbdir. Odur ki, hər hansı məlumatın sızması işə ziyan vura bilər. Biz bundan sonra da işləyəcəyik və ümidvaram ki, bu problemi nəvələrimizə saxlamayacağıq”.