YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Ölkəmizin inkişaf mərhələləri islahatlarla müşayiət olunur

«Hüquqi və siyasi islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinin, ölkənin ümumi inkişafının tərkib hissəsi kimi davamlı bir prosesdir. Bu baxımdan ötən illərdə ölkəmizin inkişaf mərhələləri bu sahədə də islahatlarla müşayiət olunub». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, son illər qlobal maliyyə-iqtisadi böhranı kimi xarakterizə olunan proseslər, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizə də təsirsiz ötüşməyib. Onun sözlərinə görə, ölkə başçısının rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha sürətli inkişafı və milli iqtisadiyyatın uzunmüddətli hədəfləri ilə bağlı yol xəritəsinin işlənib həyata keçirilməsi istiqamətində həm institusional, həm də praktik tədbirlər görülür.

«Həmçinin idarəçilik sisteminin, ayrı-ayrı sahələr üzrə dövlət və icra orqanlarının fəaliyyətinin optimallaşdırılması gündəmə gəlib. Bununla bağlı Prezident tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb və bu proses qanunvericilik müstəvisində əksini tapacaq. Eyni zamanda, bu il Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. 2016-cı il 26 sentyabr referendum aktında Əsas Qanuna edilən dəyişikliklərin böyük qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır»- deyə, R.Rzayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv