YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır

Artıq bu ilin əvvəlindən “üzən məzənnə” rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Bu gün bazarda tələblə təklif arasında müəyyən disproporsiya var, tələb təklifi üstələyir. Tam “üzən məzənnə”yə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”, - deyə E.Rüstəmov qeyd edib.