YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti misilsiz xidmətlər göstərib

«2003-cü ilin 12 dekabr tarixi hər bir qədirbilən Azərbaycan vətəndaşı üçün çox ağır bir gün oldu. Çünki Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti misilsiz xidmətlər göstərib». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Azərbaycanın ən çətin, ən gərgin illərində hakimiyyətə gələrək bu çətinlikləri öz qətiyyəti, praqmatik siyasəti ilə dəf etməyi bacardı və ölkəmizi inkişaf yoluna çıxardı. Onun sözlərinə görə, Heydər Əliyevin həmin illərdə görmüş olduğu böyük işlərdən biri də YAP-ın yaradılması idi.

«YAP o dövrdə ölkənin istinadgahı, dayağı kimi, özünü Azərbaycanın xilasına həsr etməyi bacaran insanların bir araya gəldiyi qurum kimi yaranmışdı. YAP-ın təsis olunması və Ulu öndərin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. YAP yaranandan dərhal sonra bütün fəallarımız, ziyalılarımız, cəmiyyətin hər təbəqəsindən olan insanlar, o cümlədən, qadınlarımız mütəşşəkil şəkildə partiyanın sıralarına gəldi. Mən Ümummilli liderimizin anım günündə Onun ruhu qarşısında baş əyir və düşünürəm ki, bizim bugünkü inkişafımız, Azərbaycanın tərəqqisi məhz Ulu öndərin ideyaları əsasında baş tutur. Təbii ki, bütün bu uğurlara Heydər Əliyev ideyalarının həyata keçirilməsi, həmçinin, möhtərəm Prezidentimiz İlham Əliyevin çox müdrik siyasətinin, müdrik addımlarının nəticəsində nail olunub»- deyə, N.Əliyeva vurğulayıb.