YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç zaman unudulmayacaq

“Yeni Azərbaycan Partiyasının nümayəndələri Ümummilli lider Heydər Əliyevin anım günündə Onun məzarını hər il ziyarət edir və Ulu öndərimizin xatirəsinə dərin hörmət və ehtiramını bildirir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç zaman unudulmayacaq. Çünki müstəqil Azərbaycan dövləti Heydər Əliyev tərəfindən yaradılıb.

“Bu dövlət nə qədər yaşayacaqsa, hər zaman xalqımız bu dövlətin qurucusunu, Ümummilli liderimiz Heydər Əliyevi yad edəcək, Onun xatirəsini anacaq. Bu artıq Azərbaycanda bir ənənəyə çevrilib və hesab edirəm ki, bu bir dövlətçilik ənənəsidir. Dövlətin yaradıcısına xalqın etimadı onun şəxsiyyətinə,  xatirəsinə olan hörmət və ehtiramın ifadəsidir. Eyni zamanda, bu, xalqın öz dövlətinə olan ehtiramının ifadəsidir” - deyə,  YAP Sədrinin müavini vurğulayıb.