YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün qədər uzatmaqdır

“Ermənistan dəfələrlə danışıqlar prosesində  qeyri-konstruktiv mövqeyini nümayiş etdirib və bu mövqeyindən əl çəkmir. Hesab edirik ki, Ermənistan bu yolla münaqişənin nizama salınması prosesinə əngəl törədir, status-kvonu qoruyub saxlamağa çalışır. Ermənistan rəhbərliyi yaxşı anlayır ki,  münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılacaq. Əks halda, Azərbaycan bunu öz imkanları ilə həll edəcək”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.  

Əli Əhmədov bildirib ki, Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün qədər uzatmaqdır. Onun sözlərinə görə,  işğalçı dövlətin rəhbərliyi bu məqsədlə ayrı-ayrı görüşlərdən imtina edir: “Bununla da, Ermənistan özünün beynəlxalq aləmdən təcrid olunmasını daha da dərinləşdirir”.

Baş nazirin müavini ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirib: “Azərbaycan cəmiyyəti, hökuməti  Minsk qrupunun fəaliyyətinə dəfələrlə münasibət bildirib. İstənilən münaqişənin həll edilməsi üçün yaradılan vasitəçilər  qrupu tərəfsiz olmalıdır. Amma təəssüf ki, bunu Minsk qrupu haqqında demək çətindir. Uzun illər fəaliyyət göstərsə də, Minsk qrupunun fəaliyyətində qaneedici nəticə yoxdur. Belə olan halda hər hansı kardinal addımın atılmasına ehtiyac yaranır. Münaqişənin uzanması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhlükəni saxlamaqdadır. Bu mənada hesab edirəm ki, münaqişənın həlli istiqamətində ya Minsk qrupu fəaliyyətində ciddi dönüş yaratmalıdır, ya da bu prosesə yeni nəfəs gəlməlidir. Azərbaycan dəfələrlə öz mövqeyini bildirib ki, əgər Minsk qrupu münaqişənin həlli istiqamətində ciddi addımlar atmasa, bundan sonra bu qurumun bu tərkibdə qalması nə dərəcədə məntiqə uyğundur”.