YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək

«Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək ki, bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 mln manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulmuşdur». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7% çoxdur. Təqdirə layiq haldır ki, fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42% təşkil edirdisə, gələn il üçün proqnozlaşdırılan bu göstərici 37,4%-ə düşür.

«Artıq bir neçə müddətdir ki, pensiyalarla bağlı mövcud hüquqi bazanın beynəlxalq konvensiyalara, dünya təcrübəsinə, mövcud reallıqlara uyğun olaraq yenidən hazırlanması prosesi başa çatır. Düşünürəm ki, qanunun yeni variantda işləməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsində ehtiyat mənbələri yaradacaq, vəsaitlərdən daha səmərəli və ədalətli istifadə olunmasına xidmət edəcəkdir. Layihənin müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsi deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir, bu da əlbəttə nəticədə hiss olunan artıma gətirib çıxaracaqdır. Fondun xərclərinin təxminən 95%-ni hər il olduğu kimi yenə də əmək pensiyalarının ödənişi qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7% çoxdur. Onu da qeyd etməyi vacib sayıram ki, ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların bu hesaba 1mln 320 min nəfər olacağı proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 20 min nəfər çoxdur. Buna baxmayaraq ölkə üzrə orta aylıq pensiyanın məbləği təxminən 8% artırılaraq 203 manata çatdırılacağı gözlənilir» - deyə, komitə sədri vurğulayıb.