YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Georqadze: Azərbaycanın bu forumda iştirakı mədəni əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir

Azərbaycanın mədəniyyət nazirinin Tbilisidə keçirilən “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı forumda iştirakı strateji tərəfdaş olan ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

Nazir deyib ki, bu forumda yaradıcı sənayenin inkişaf perspektivləri əsas müzakirə mövzusu olub. Kreativ ideyalar, yaradıcı sənaye, mədəniyyətin şaxələndirilməsi sosial-iqtisadi əlaqələrin, turizmin inkişafında mühüm rol oynayır. Azərbaycanda yaradıcı sənayenin inkişafına böyük əhəmiyyət verilir. Bu forumda azərbaycanlı həmkarımla fikir mübadiləsi aparmaq, Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün vacibdir.

“Azərbaycan da bu sahədə xeyli uğurlar əldə edib. Forumda, eləcə də ikitərəfli görüşlərdə biz bu və digər məsələləri müzakirə etdik”, - deyə, M.Georqadze vurğulayıb.