YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Azərbaycanda hər ay 1 milyon 312 min nəfər əmək pensiyası alır

Hazırda Azərbaycanda sosial müdafiə sistemi vasitəsilə hər ay 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər sosial müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında məlumat verib.

S.Müslümov qeyd edib ki, son dövrlərdə sosial müdafiə sisteminin fəaliyyətinin avtomatlaşdırılması istiqamətində atılan addımlar - əmək müqavilələrinin elektron qeydiyyat bazasının, VEMTAS-ın, TSERAS-ın, eləcə də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynamaqla vəsaitlərin istifadəsində səmərəliliyin artırılması vəzifəsini də yerinə yetirməyə imkan verib.